13 avqust 2011 20:48
Əsgər Abdullayev Kəpəzi məğlub edib, təriflədi
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 2-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:1 hesablı qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Rəqibin oyunu çox xoşuma gəldi. Mehman Allahverdiyev qısa zaman kəsiyində yaxşı komanda yarada bilib. Komandamızın oyununa gəlincə, ikinci qolu vurub, taktikanı dəyişdik. Ondan sonra əsasən əks-hücumlara bel bağladıq. Məhz bunun nəticəsi kimi üçüncü qolu da vurub, qələbə qazandıq. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Hətta 0:1 hesabıyla geridə olduğumuz anda da bizə dəstək oldular, inandılar”.
