13 avqust 2011 20:58
Tovuzda hakimin qanını tökdülər
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turu qalmaqalla start götürüb. Azerisport.az xəbər verir ki, Tovuzda keçirilən “Turan” – “Kəpəz” matçı insidentsiz ötüşməyib.
Hadisə qarşılaşmanın ikinci hissəsinin əvvəllərində olub. Belə ki, fasilədən bir qədər sonra gəncəli azarkeşlərdən biri meydana yad əşya atıb ki, bunun da nəticəsində yan xətt hakimi Elşən Acalovun başı yarılıb. Bu üzdən hətta qarşılaşmada 7-8 dəqiqəlik fasilə yaranıb. Həkimlərin köməyi nəticəsində Acalov oyunu idarə etməyə davam edib.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Vüsal Əliyev 55-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib. Gəncəli fanatları da bu addımı atmağa məhz həmin qərar məcbur edib.
