13 avqust 2011 21:05
Mehman Allahverdiyev: Futbolçularımdan narazı deyiləm
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 2-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:3 hesablı məğlubiyyətə uğradığı görüşdən sonra bunları dilə gətirib:
“Gərginoyunalındı. Erkənqolvurduq. Amma bu, bizə əlavə güc vermədi. Əksinə, komandada arxayınlıq yarandı. Fasiləyə heç-heçə ilə getsək də, mən hücumu gücləndirməyə qərar verdim Təyin olunmuş penaltiyə gəlincə, bu barədə dəqiq bir söz deyə bilmərəm. Çünki həmin epizodu görmədim. Amma penaltidən qol buraxmağımız futbolçulara psixoloji cəhətdən təsir etdi. Məğlun olmağımıza baxmayaraq, yetirmələrimdən narazılığım yoxdu”.
