13 avqust 2011 11:42
Qarabağ aparıcı futbolçularını Ağdama aparmadı
“Qarabağ” Ağdama yola düşüb. Azerisport.az xəbər verir ki, sabah Premyer Liqanın 2-ci turunda “İnter”i qəbul edəcək komanda səhər 10:00-da Quzanlıya yola düşüb.
“Qarabağ” Ağdama itkilərlə yollanıb. Zədə səbəbindən Vüqar Nadirov və Maksim Medvedev komandayla birgə aparılmayıb. Zədəsini yenicə sağaldan Rəşad Sadiqov isə komandanı yalnız buraxmayıb və komandayla birgə Ağdama yollanıb.
Komanda Quzanlıya çatdıqdan sonra axşam oyunun keçiriləcəyi Quzanlı Olimpiya kompleksinin meydançasında 1 saatlıq yüngül məşq keçəcək.
Xatırladaq ki, “Qarabağ” – “İnter” oyunu 14 avqustda saat 18:00-da start götürəcək.
