13 avqust 2011 00:56
Xəzər Lənkəran AZAL ilə matç öncəsi son ev məşqinə çıxdı
“Xəzər Lənkəran” avqustun 12-də, saat 19:00-da “Fırtınalar meydanı”nın yardımçı meydançasında AZAL-la oyun öncəsi doğma divarlar arasında son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, hazırlıq prossesini izləməyə iki yüzdən çox azarkeş toplaşıb.
Komanda bu heyətlə məşq edib: Kamran Ağayev, Rahid Əmirquliyev, Elnur Allahverdiyev, Adrian Pit, Andrey Mureşan, Eder Bonfim, Rikardo Qomeş, Alim Qurbanov, Elnur Abdulayev, Katalin Doman, Emeka Opara, Elvin Beqiri, Deyan Rusiç, Kamal Bayramov, Şəhriyar Xəlilov, Zahid Quliyev və daha iki gənc yerli futbolçu.
Julius Vobay isə əsas heyətin məşq etdiyi yardımçı meydançanın kənarında qaçmaqla fərdi məşqini davam edirib. Görünür, bu gedişlə baş məşqçi Mirça Rednik əsas heyətdən kənarlaşdırdığı futbolçunu AZAL-la oyunda meydana buraxmayacaq. (12-ci oyunçu)
