14 avqust 2011 13:16
Qarabağ İnterlə matça yeni forma ilə çıxacaq
“Qarabağ” Premyer Liqanın 2-ci turunda Quzanlı qəsəbə stadionunda paytaxtın “İnter” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, Ağdam klubu bugünkü görüşə yeni forma ilə çıxacaq.
Qeyd edək ki, “Qarabağ” ötən mövsümün sonunda “Kappa” ilə müqavilə imzalayıb və bundan sonaa bu idman firmasının formaları ilə çıxış edəcək.
“Qarabağ” – “İnter” görüşü saat 18:00-da start götürəcək.
