14 avqust 2011 01:41
Millimizin üzvü Volqada növbəti matçına çıxdı
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Lokomotiv” ilə ev qarşılaşmasının iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə bu dəfə də ilk dəqiqələrdən şans verib. Qurbanov matçı əvəzedilmədən keçirib. Qarşılaşmaya gəlincə, ilk yarısı qolsuz bitən görüşün 67-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar. Amma görüşün başa çatmasına cəmi 2 dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdiriblər – 1:1. Matç elə bu hesabla da bitib.
Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisinin hücumçusu Vaqif Cavadov da forma geyir.
