14 avqust 2011 01:53
Eto: Yaxın günlərdə bir ingilis klubuna transfer ola bilərəm
Rusiyanın "Anji" klubunun transfer hədəfində olan "İnter"in kamerunlu hücumçusu Samuel Eto maraqlı açıqlama ilə hər kəsi təəccübləndirib. Azerisport.az xəbər verir ki, gələn həftə "Anji"yə keçəcəyi gözlənilən 30 yaşlı futbolçu hələ də "İnter"in oyunçusu olduğunu və son qərarını vermədiyini bildirib:
"Danışıqlar hələ də davam edir. Kimsə mənim "İnter"də qalacağımı və ya gedəcəyimi deyə bilməz. Hələ qəti qərarımı verməmişəm. Ola bilsin ki, bir neçə günə ingilis klubuna transfer oldum. Buna qətiyyən təəccüblənməyin".
