14 avqust 2011 13:58
Elvin Əliyev: Bu sözümü yadda saxlayın
“Bakı”nın müdafiəçisi Elvin Əliyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 2-ci turunun “Simurq”la oyunu öncəsi fikirlərini açıqlayıb, komandanın durumundan danışıb.
- “Simurq”la oyuna necə hazırlaşmısız?
- Həmişəki qaydada hazırlaşırıq. Bilirik ki, çətin oyun olacaq. Rəqib haqda elə də çox məlumatımız yoxdu. Axı bu, ötən mövsümkü “Simurq” deyil. Onları iş başında görmədiyim üçün yalnız oyundan sonra rəqib barədə nəsə deyə bilərəm.

- Sizin belə ehtiyatlı danışmağınıza “Qəbələ”yə qarşı inamsız oyununuz da təsir göstərir?
- Amma mən deməzdim ki, biz Qəbələdə inamsız oynadıq. Məncə, hər şey tam normal idi. Özü də mövsümün ilk oyununa çıxmışdıq. Rəqib qapısına yol tapmaq üçün də imkanlarımız var idi. Hələlik, legionerlərimiz tam alışmayıblar. Onlara azca da vaxt vermək lazımdı.
- Forvardları nəzərdə tutursuz?
- Əlbəttə. Çox istərdim ki, onlar komandaya daha tez uyğunlaşsınlar. İstənilən halda Uinston Parksla Maris Verpakovski əla futbolçulardı. Onlar bizə ancaq fayda verə bilərlər.
- Əlbəttə. Çox istərdim ki, onlar komandaya daha tez uyğunlaşsınlar. İstənilən halda Uinston Parksla Maris Verpakovski əla futbolçulardı. Onlar bizə ancaq fayda verə bilərlər.
- “Simurq”u Sergey Yuranın çalışdırması işinizi çətinləşdirmir?
- Yuran dünya futbolunda təcrübəli inşandı. O, məşhur hücumçu olub. İndi isə məşqçi kimi özünü doğrultmağa çalışır.
- “Bakı” ötən mövsümlə müqayisədə nə dərəcədə güclənib?
- Ötən mövsüm artıq arxada qalıb. O, tamamilə boşa verildi. Elə alındı ki, Vinfrid Şeferin dəvət etdiyi futbolçular ümidləri doğrultmadılar. Əcnəbilər yerli futbolçulardan iki baş üstün olmalıdılar, ki, şans qazansınlar. Amma bu, olmadı. Bu komanda isə yeni mövsümdə sözünü deyəcək. Bunu özünüz də görəcəksiz.
- Çempionatın əsas favoriti kimi hesab edirsiz?
- “Bakı”nı. Mənim bu sözümü yadda saxlayın. Bizimlə oyunlarda heç kimə asan olmayacaq. Qalanları haqda isə indi danışmaq istəmirəm. Hamısını mövsümün gedişi göstərəcək.
- “Bakı”nı. Mənim bu sözümü yadda saxlayın. Bizimlə oyunlarda heç kimə asan olmayacaq. Qalanları haqda isə indi danışmaq istəmirəm. Hamısını mövsümün gedişi göstərəcək.