14 avqust 2011 15:05
Andrey Şevçenkonun çənəsini sındırdılar
Ukraynanın “Dinamo” klubunun ulduz hücumçusu Andrey Şevçenko xoşagəlməz hadisə ilə üzləşib. Azerisport.az xəbər verir ki, Kiyev təmsilçisinin forvardı ölkə çemрionatının 6-cı turunun “Arsenal” ilə oyununda (2:0) sifətindən zərbə alıb.
Matçdan dərhal sonra Şevçenko klinikaya aparılıb. Həkimlərin müayinəsindən sonra məlum olub ki, təcrübəli futbolçunun çənəsi sınıb.
Onun yaşıl meydanlara nə vaxt dönəcəyi hələlik dəqiq bilinmir. Hazırda Şevçenkonun xarici klinikalardan birinə göndərilməsi variantı da müzakirə olunmaqdadı
Artıq “Dinamo”nun Avropa Liqasının pley-off mərhələsinin Bolqarıstan “Litex”i ilə qarşılaşmalarında çıxış edə bilməyəcəyi dəqiqdi.
