14 avqust 2011 02:26
Elnur Allahverdiyev: XL üçün yeni mövsüm ötən ilkindən də çətin olacaq
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 2-ci turunun AZAL ilə oyunu öncəsi komandasının durumundan, eləcə də ötən tur baş tutan “Sumqayıt Şəhər”lə görüşdən danışıb.
- AZAL ilə oyundan nə gözləyirsiz?
- AZAL güclü komandadı. Evdə çox yaxşı oynayırlar. Mən hətta deyərdim ki, ikiqat yaxşı təsir bağışlayırlar. Həm də biz bilirik ki, AZAL yaxşı müdafiə olunmağı bacarır. Amma əminəm ki, bizimlə oyunda onlar da hücum edəcəklər. Çünki nəticə qazanmaq istəyirlər.

- Ötən mövsüm AZAL bütün favoritlərə əsl bağağrısı yaratdı...
- Onlar bizi də 1:0 hesabıyla məğlub etdilər və çempionluq şanslarımızı xeyli azaltdılar. Bu dəfə isə biz revanş almağa çalışacağıq. Komandamızın bunun üçün yetərli potensialı var.
- İlk turda “Sumqayıt Şəhər”lə oyun elə də asan keçmədi...
- Belə komandalara qarşı oynamaq həmişə çətindi. Birincisi, onların qarşısında heç bir ciddi bəzifə yoxdu. İkincisi, gənclərdən qurulan komandadı, onlar nəticə acıdılar. Biz təcrübə sayəsində onları məğlub edə bildik. Amma bu komanda belə tempdə davam etsə, bir neçə mövsüm sonra medallar uğrunda mübarizə apara bilər.
- Hesab etmirsiz ki, “Xəzər Lənkəran” elə də yaxşı oynamadı?
- Mövsümün startında bütün komandaların məlum problemləri olur. Özü də bizim heyətdə hazırda dəyişikliklər baş verməkdədi. Ümid edirəm ki, bütün xoşagəlməzliklər artıq arxada qalıb. Bu mövsüm bizim üçün ötən ilkindən də çətin olacaq.
- “Xəzər Lənkəran”ın çempionluq uğrundakı əsas rəqibləri kimi hansı komandaları görürsüz?
- “Qarabağ”, “Neftçi”, “Bakı”, “Qəbələ”... Bu komandalar həm medallar, həm də çempionluq üçün vuruşacaqlar. Qəbələlilər yaxşı komanda yaradıblar. Onların “Bakı”ya qarşı da necə oynadıqlarını gördüm. Bütün görüşlər çətin olacaq. Hər oyuna xüsusi hazırlaşmalı olacağıq.

- “Xəzər Lənkəran” nəyə qadir olduğunu nə vaxt göstərəcək?
- Bizə 3-4 tur lazımdı ki, tam özümüzə gələk. Legionerlərə alışmaq lazımdı. Bizim əsas problemimiz qol vəziyyətlərindən yararlana bilməməyimizdi.
- Bizə 3-4 tur lazımdı ki, tam özümüzə gələk. Legionerlərə alışmaq lazımdı. Bizim əsas problemimiz qol vəziyyətlərindən yararlana bilməməyimizdi.