15 avqust 2011 02:50
Super El Klasikoda ilk pərdə sülhlə bağlandı (YENİLƏNİB)
Bu gün dünyanın ən böyük derbilərindən biri baş tutub. Azerisport.az xəbər verir ki, nəinki İspaniya, eləcə də dünya futbolunun iki ən böyük komandası hesab olunan “Real” və “Barcelona” ölkə Superkubokunda üz-üzə gəlib.
“Santyaqo Bernebeu” stadionunda keçirilən ilk qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyi şübhə doğurmurdu. Ötən mövsümün sonunda ard-arda 4 “El Klasiko” oynayan nəhənglərdən “Barcelona” İspaniya çempionluğunu və Çempionlar Liqasını, “Real” isə “Kral Kuboku”nu qazanmışdı. Həmçinin çempionatın ilk turundakı “El Klasiko”da “Barcelona”nın 5:0 hesablı qələbəsi “Real” və azarkeşləri tərəfindən hələ də unudulmayıb.
Bu dəfəki görüş də gərginliyi ilə yadda qaldı. Qarşılaşmada hesabı meydan sahibləri hesabı açsalar da, fasiləyə kimi "Barcelona" hesabda önə keçməyi bacardı. Madridlilər ikinci hissədə yalnız məğlubiyyətdən yaxa qurtarmağı bacardılar - 2:2.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu avqustun 17-də “Nou Kamp”da keçiriləcək.
İspaniya Superkuboku
İlk oyun
14 avqust
Real – Barcelona - 2:2 (1:2)
Qol: M.Özil, 13, Alonso, 54 - Vilya, 36, Messi, 45.
