14 avqust 2011 19:44
Xəzər Lənkəran AZAL-ı məğlub edəcək
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Sizcə Premyer Liqanın 2-ci turunun AZAL - “Xəzər Lənkəran” matçında hansı nəticə qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Respondentlərin 55 faizi belə hesab edir ki, bu qarşılaşmada “Xəzər Lənkəran” qələbə qazanacaq. Baxmayaraq ki, görüş Bakıda keçiriləcək. Sorğuya qatılanlardan yalnız 24 faizi AZAL-ın qələbə qazanacağını ehtimal edir.
Qalan 21 faiz səs verən isə bu prinsipial görüşdə heç-heçə qeydə alınacağını proqnozlaşdırır.
