14 avqust 2011 20:19
Toni Adams: Çox ciddi rəqibə qalib gəldik
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 2-ci turunun “Sumqayıt Şəhər”lə səfər matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qələbəyə görə şadıq. Əgər düzünü desək, birinci turda da komandam “Bakı”ya qarşı çox yaxşı oynamışdı. “Sumqayıt Şəhər”in Lənkəranda “Xəzər Lənkəran”a qarşı necə oynadığını görmüşdüm. Fikrimcə, bu gün çox ciddi bir rəqibi məğlub etdik”.
