14 avqust 2011 20:24
Bernard Raab: Qolumuzu çox gec vurduq
"Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raaab Premyer Liqanın 2-ci turunun “Qəbələ” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim standart vəziyyətlər zamanı xeyli problemlərimiz yaranır. Məhz bu üzdən “Qəbələ”dən iki qol buraxdıq. Sonradan oyunun gedişini dəyişməyə çalışsaq da, alınmadı. Öz qolumuzu yenə çox gec vurduq. Amma hər şeyə rəğmən, pis oynadığımızı düşünmürəm”.
