14 avqust 2011 20:36
Kaxaber Tsxadadze: İnterə yeni futbolçular lazımdı
“İnter”in baş məşqçisi Kaxaber Tsxdadaze Premyer Liqanın 2-ci turunun “Qarabağ”la səfər matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Meydançanın ot örtüyü elə vəziyyətdə idi ki, bizə oynamağa imkan vermirdi. Belə oyunların taleyini 1 qol həll edir. Biz yuxuya getdik və qol buraxdıq. “İnter”ə yeni futbolçular lazımdı”.
