14 avqust 2011 20:40
Qurbanov da qazondan narazı, nəticədən razıdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 2-ci turunun “İnter”lə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün mövsümdə ilk oyun idi. Havanın isti olması və meydançanın yaxşı vəziyyətdə olmaması komandalara baxımlı oyun göstərməyə mane olurdu. Amma bizə bu gün çox yaxşı bir komandanı məğlub etmək nəsib oldu. Heyətdə bir neçə zədəli futbolçumuz var. Onların nə zaman oynayacağı dəqiq bilinmir. Qarşıda hələ çox oyunumuz var. Nəticədən razıyam”.
