14 avqust 2011 20:47
Böyükağa Hacıyev: Şadam ki, onların yoxluğunda komanda qələbə qazandı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 2-ci turunun “Rəvan”la səfər matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Neftçi”ni cəmi 10 gündü çalışdırmağa başlamışam. Hələlik yeni transfer etməmişəm. Çünki çempion heyət kifayət qədər komplektləşmiş haldadı. Bu gün heyətdə zədəlilərimiz də vardı. İqor Mitreski, Rodriqinyo və Rəşad Abdullayev komandaya kömək edə bilmirdi. Şadam ki, onların yoxluğunda komanda qələbə qazana bildi. Digər tərəfdən baxın görün azərbaycanlılar, gənc futbolçular meydanda nə qədər idilər və necə oynadılar”.
