14 avqust 2011 20:51
Bəhmən Həsənov: Çempiona qarşı pis oynamadıq
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 2-ci turunun “Neftçi” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib güclü idi. Bu gün biz çempiona qarşı mübarizə aparırdıq. Fikrimcə, pis oynamadıq. Öz səhvimizdən qol buraxdıq. Qarşıdakı oyunlarda artıq bu məğlubiyyətlər təkrarlanmamalıdı”.
