14 avqust 2011 21:58
Qarabağın daha bir futbolçusu sıradan çıxdı
“Qarabağ”da zədəlilər “karvan”ına daha bir futbolçu qoşulub. Azerisport.az xəbər verir ki, “İnter”lə görüşdə zədələnən Zaur Həşimov da bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. Qurbanovun sözlərinə görə, Həşimov təxminən 2 aya yaxın komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Zaur “Qarabağ”ın heyətində zədələnən 5-ci oyunçudu. Ondan əlavə Vüqar Nadirov, Maksim Medvedev, Rəşad Sadiqov və Əfran İsmayılov da zədə səbəbindən qarşıdakı turda meydana çıxa bilməyəcək.
