14 avqust 2011 22:29
Mirça Rednik: XL-da klubu sevən futbolçular qalmalıdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 2-ci turunun AZAL-la səfər matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandam bu gün yaxşı komandaya qarşı yaxşı oynadı. Qalib gəldiyimiz üçün xoşbəxtəm. Bu həftə bizim üçün ağır oldu. 12 futbolçu ilə məşq edirdik. Rusiç bizə yeni qoşulub, 3 futbolçunu isə əvəzedici heyətdən cəlb etdik. Vobaya yeni müqavilə təklif etmişik, onun cavabını gözləyirik. Biz komandada məcburi şəkildə heç kimi saxlamırıq. “Xəzər Lənkəran”da klubu sevən futbolçular qalmalıdı”.
