14 avqust 2011 22:37
Elxan Abdullayev darmadağına görə üzr istədi
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 2-ci turunun “Xəzər Lənkəran”la ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamın heyətlə bağlı ciddi problemləri var idi. Usim Nduka zədəli idi, əvəzedici heyətdən dörd futbolçunu heyətə daxil etmişdik. Protokola baxsanız görərsiniz ki, hətta 18-ci futbolçumuz da yox idi. Məcburiyyətdən Ervin Bulkunu digər mövqedə oynatdıq. Bu ağır məğlubiyyətə görə üzr istəyirəm”.
