14 avqust 2011 23:24
Aleksandr Starkov: Bəxtimiz gətirmədi
“Bakı”nın baş Aleksandr Starkov Premyer Liqanın 2-ci turunun “Simurq”la ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bərabərliklə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz rəqibdən daha güclü idik. Sadəcə bəxtimiz gətirmədi. Çempionatın startında belə hallar olur. Bizə daha çox çalışmaq lazımdı. Penalti epizodunda mən onun zərbəni dəqiq yerinə yetirəcəyinə inanırdım. O, 11 metrlik zərbələri dəqiq yerinə yetirən futbolçulardandı. Amma alınmadı”.
