14 avqust 2011 00:08

Tovuz sindromu

Premyer Liqada ikinci tura bir oyunla start verildi. Tovuzda yerli “Turan” “Kəpəz”i qəbul etdi.

Qərb derbisində ev sahibi olan “Turan” bu komandalar arasında Tovuz şəhər stadionunda keçirilən son iki oyunda gəncəliləri məğlub etmişdi. Onlar elə bu dəfəki görüşdə də az şanslı hesab olunmurdu. Ən azı ona görə ki, komanda Əsgər Abdullayevin rəhbərliyi altında yenidən formalaşıb. Düzdü, ilk turda tovuzlular “İnter”ə məğlub olsalar da, rəqibə ciddi müqavimət göstərdilər və minimal hesabla uduzdular.
 
Bu dəfə isə, onların ilk xalını və xallarını qazanmaq üçün döyüşəcəyi istisna deyildi. Hər halda rəqib elə də iddialı olmayan “Kəpəz” idi. Hansı ki, ötən tur “Rəvan”ı çətinliklə məğlub etmişdi.
 
Düzdü, qarşılaşmaya daha fəal başlayan tərəf məhz qonaqlar oldu. Bunun məntiqi nəticəsi kimi, gəncəlilər ilk turda əzmkar qələbə sevincini onlara yaşatmış Ceyhun Sultanovun qoluyla önə keçdilər. Amma Tovuz klubunun yeni transferlərindən olan Zura Dzamsaşvili çox keçməmiş sabiq komandasının sevincini gözündə qoydu. Axı gürcü müdafiəçi ötən il məhz Gəncə təmsilçisinin heyətində çıxış etmişdi.

Fasilədən sonra meydan sahibləri daha bir qola sevindilər. Lakin bu dəfə penalti sayəsində. Yeri gəlmişkən, məhz həmin penalti 2-ci turun açılış matçının böyük bir qalmaqalla yadda qalmasına səbəb oldu. Belə ki, gəncəli azarkeşlərdən birinin atdığı yad əşya yan xətt hakimi Elşən Acalovun başının yarılmasına, oyunda fasilə yaranmasına gətirib çıxardı.
 
Amma bütün bunlar Sergey Artyuxun dublunu rəsmiləşdirməsinə mane olmadı. Məhz onun növbəti qolu Abdullayevin “Turan”la ilk qələbəsini rəsmiləşdirdi. Özü də bu, onun komandasının Tovuzdakı ilk ev oyununa təsadüf etdi. Görünür, hələ çox klublarımızı Tovuzda belə çətinliklər gözləyir.
 
Premyer Liqa
2-ci tur
13 avqust (şənbə)
 
Turan - Kəpəz - 3:1 (1:1)
 
Qollar: Ceyhun Sultanov, 5 (0:1), Zura Dzamsaşvili, 24 (1:1), Sergey Artyux, 55-pen. (2:1), Sergey Artyux, 80 (3:1)
Vərəqələr: Zura Dzamsaşvili, 41 (kobud oyun), Nadir Nəbiyev, 45+2 (hakimin qərarına etiraz) - Vasif Əliyev, 13 (idmançıya yaraşmayan hərəkət) – sarı.
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Aleksandr Musatkin, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Orucəli Durmuşov.
13 avqust 2011. Tovuz. Şəhər stadionu. 5000 tamaşaçı.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
Turan: 1. Göksu Hasancik, 3. Aftandil Hacıyev, 5. Ayxan Abbasov (15. Namiq Əliyev, 82), 6. Aleksandr Dubileviç, 7. Ramal Hüseynov (k), 10. Nadir Nəbiyev, 14. Aleksandr Qoqoberaşvili, 19. Ruslan Abbasov, 24. Sergey Artyux, 27. Zura Dzamsaşvili, 29. Rudison Ferreyra (17. Samir Əliyev, 23) (21. Rəşad Orucov, 67).
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 9. Yasin Abbasov, 11. Georgi Beriaşvili, 18. Hafiz Əliyev.
Baş məşqçi: Əsgər Abdullayev.
Kəpəz: 88. Elşən Poladov, 5. Muammer Erdoğdu, 6. Vasif Əliyev (8. Armand Feutçine, 57), 10. Ceyhun Sultanov (k), 11. Sabir Allahquliyev, 17. Renat Sultanov (23. Junivan Suares, 61), 18. Nikolay Svejintsev, 19. Zaur Əsədov (7. Asəf Qədiri, 46), 24. Sidney Karqbo, 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev.
Ehtiyat oyunçular: 22. Konstantin Kolesnikov, 9. Xəyal Qarayev, 15. Şahin Kərimov, 25. Anton Qay.
Baş məşqçi: Mehman Allahverdiyev.

Hesabat turunun qalan görüşləri bu gün baş tutacaq: "Qarabağ" - "İnter", "Rəvan" - "Neftçi", "Sumqayıt Şəhər" - "Qəbələ", AZAL - "Xəzər Lənkəran", "Bakı" - "Simurq".
 
Bombardirlər:
3 – Ceyhun Sultanov (Gəncə)
2 - Zohair Benuahi (AZAL), Sergey Artyux (Turan).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.