14 avqust 2011 12:28
Mourinyo: Superkubok görüşləri önəmsiz oyunlardı
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya Superkubokunun bu gün keçiriləcək “Barcelona” ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, “Santyaqo Bernabeu”dakı matçdan əvvəl bunları dilə gətirib:
“Superkubok oyunu yayda vacib hesab oluna bilər. Amma yeni mövsüm öncəsi onun heç bir faydası yoxdu. Bizim üçün daha vacib olan qarşıdakı mövsümü uğurlu keçirməkdi. Qarşımızda böyük vəzifələr durur. Superkubokdakı taleyimiz həmin hədəflərimizə heç bir təsir göstərməyəcək. Mən “İnter”də olanda da Superkuboku uduzmuşdum. Amma daha sonra 3 titul qazandım”.