16 avqust 2011 01:52
İngiltərə çempionatı: İlk tur darmadağınla başa çatdı (YENİLƏNİB)
İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 2011/12 mövsümünün 1-ci turunun əksər qarşılaşmaları ilk oyun günündə keçirilib.
Tuncay Şanlını heyətinə qatan “Bolton” debütant “Queens Park”ı səfər oyununda darmadağın edib. Lakin bu görüşdə Tuncay meydana çıxmayıb. “Liverpool” debüt oyununda qələbə qazana bilməyib. Evdə “Sanderland”i qəbul edən Kenni Dalqlişin komandası 5-ci dəqiqədə penalti qazansa da, Luis Suares fərqlənə bilməyib. Əvəzində Suares 11-ci dəqiqədə qol vuraraq günahını yuyub. Lakin komanda qələbə hesabını qoruya bilməyib. “Arsenal” isə “Newcastle”la oyunda xal itirib. Qarşılaşma ərzində qapılara qol vurulmayıb.
Qeyd edək ki, ilk turun “Tottenham” – “Everton” oyunu Londondakı iğtişaşlar səbəbindən təxirə salınıb.
Turun daha iki oyunu bazar günü keçirilib. "Chelsea" səfərdə "Stoke City" ilə qarşılaşıb. Gərgin keçən görüşdə qapılara qol vurulmayıb və "zadəganlar" da mövsümə xal itkisiylə başlayıblar. Son çempion "Manchester United" isə yeni çempionata da qələbə ilə başlayıb. "Qırmızı şeytanlar" "West Bromwich" üzərində qələbəyə seviniblər.
Nəahyət, hesabat turuna Mançesterdə yekun vurulub. "Manchester City" doğma meydanda "Swansea"ni qəbul edib və rəqibini darmadağın edib.
İngiltərə Premyer Liqası
1-ci tur
13 avqust
Blackburn – Wolverhampton - 1:2
Qollar: Formika, 20 - Fletçer, 22, Vard, 48.
Fulham - Aston Villa – 0:0
Liverpool – Sunderland – 1:1
Qollar: Suares, 11 - Larsson, 57.
Queens Park – Bolton - 0:4
Qollar: Keyhil 67, Qabbidon, 67-öz qapısına, Klasniç, 70, Muamba, 79.
Tottenham – Everton (təxirə salınıb)
Wigan – Norwich - 1:1
Qollar: Uatson, 21-pen - Hulahan, 45.
Newcastle – Arsenal – 0:0
14 avqust
Stoke City - Chelsea - 0:0
West Bromwich - Manchester United - 1:2
Qollar: Lonq, 37 - Runi, 13, Reyd, 81-öz qapısına.
15 avqust
Manchester City - Swansea - 4:0
Qollar: Dzeko, 57, Aquero, 68; 90, Silva, 71.
