14 avqust 2011 12:47
Qvardiola: Superkubok oyunları Real üçün daha vacibdi, nəinki bizim üçün
“Barcelona”nın baş məşqçisi Xosep Qvardiola İspaniya Superkubokunun bu gün keçiriləcək Madrid “Real”ı ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, “Santyaqo Bernabeu”dakı matçdan əvvəl bunları dilə gətirib:
“Real”ın necə oynayacağını müəyyənləşdirmək çətindi. Amma hər halda rəqibin təhlükəli olduğu bəllidi. Madridlilərin heyətində çoxlu güclü futbolçular var. Tatkika fərqli ola bilər. Mənə elə gəlir ki, qarşıdakı oyunlar “Real” üçün daha vacibdi, nəinki bizim üçün”.
