14 avqust 2011 13:00
Xaqani Məmmədov azarkeşlərə müraciət etdi
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov azarkeşlərə müraciət edib. Azerisport.az xəbər verir ki, o, fanatların Tovuzda keçirilən dünənki “Turan” – “Kəpəz” oyununda baş verən qalmaqalları törətməkdən vaz keçməyə çağırıb:
“Ölkə çempionatı hələ təzə başlayıb. Tovuzda baş verən hadisə bir də təkrarlanmamalıdı. Mən “Kəpəz”in qapısına təyin olunan penalti epizoduna da baxdım. Orda hakim düzgün qərar verib. Hətta gəncəli futbolçulardan heç biri hakimlə mübahisəyə girişməyib. Amma əfsuslar olsun ki, azarkeşlərdən biri sözünü meydana kənar əşya atmaqla deməyə qərar verib. Belə hərəkətlərə yol vermək olmaz. Əgər hakim səhv edirsə, klub rəhbərliyi AFFA-ya müraciət ünvanlaya bilər. Hakimlərə kənar əşyalar atmaq düzgün addım deyil”.