15 avqust 2011 00:56
Premeyr Liqa: 2-ci tur rəqəmlərdə
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunda komandalar 6 oyuna 12 qol vurublar. Azerisport.az xəbər verir ki, bu, orta hesabla 2,0 qol deməkdi.
Qonaqlar 7 qol vurduqları halda, meydan sahibləri cəmi 5 dəfə fərqləniblər.
Bütövlükdə 21 vərəqə göstərilib ki, bunlardan 20-si sarı, 1-i isə qırmızı olub.
Oyunlara 23 300 tamaşaçı təşrif buyurub. Bu isə hər oyuna orta hesabla 3 883 nəfər azarkeş deməkdi.
İkinci turda bir dubl, bir əzmkar qələbə qeydə alınıb.
