15 avqust 2011 01:08
Bahodir Nasimovun 239 günlük həsrəti
Azərbaycan çempionu “Neftçi”nin forvardı Bahodir Nasimov uzun müddətli susqunluğunu pozub. Azerisport.az xəbər verir ki, ötən ilin yayında Azərbaycana gələn və Premyer Liqanın 18 turunda 15 qol vuran özbək forvard 18 oyundan sonra rəsmi qarşılaşmada qol vurub.
Belə ki, Nasimov sonuncu dəfə ötən ilin 18 dekabrında, Premyer Liqanın 18-ci turunda “Gəncə”nin qapısına yol tapmışdı. Həmin vaxtdan keçirilən 14 Premyer Liqa, 2 kubok və 2 Çempionlar Liqası oyununda rəqib qapılarına yol tapa bilməyən futbolçu ötən gün “Rəvan”la oyunda fərqləndi. 17-ci dəqiəqdə rəqib qapısına yol tapan özbək futbolçu 239 gündən sonra rəsmi oyunlarda qol vurdu.
Nasimov bu müddətdə yoldaşlıq oyunlarında və Özbəkistan yığmasında qol vursa da, “Neftçi” ilə rəsmi görüşlərdə fərqlənə bilmirdi.
