15 avqust 2011 13:18

Emeka Opara: XL rəhbərliyi sonradan başa düşdü ki...

“Xəzər Lənkəran”ın hücumçusu Emeka Opara Premyer Liqanın 2-ci turunun AZAL ilə oyunundan sonra (3:0) azerisport.az saytının suallarını cavablandırıb.
 
- AZAL-a qarşı oyununuzu necə dəyərləndirərdiz?
- Öncədən də bilirdik ki, bu oyun hər iki komanda üçün çox vacib əhəmiyyət daşıyır. Amma biz bu gün rəqibdən daha səliqəli və yaxşı oynadıq. Nəticədə onlara qalib gəldik. Bu 3 xal bizim üçün çox vacib idi. Bütövlükdə, yaddaqalan qələbə qazandığımızı düşünürəm.
 
- Ona görə ki, siz dubla imza atdınız...
- Bəli, bu da sevindirməyə bilməz. Təkcə məni yox, komandanı, azarkeşləri də. Amma mənim neçə qol vurmağımın o qədər də önəmi yoxdu. Əsas həmin qolların komandaya nə dərəcədə faydalı olmasıdı. Komanda qələbə qazandısa, bu, çox yaxşıdı. Yenə də bu uğurumu təkrarlamağa çalışacam. Mənim məqsədim sadəcə ən yaxşı qolçu olmaq deyil, həm də komandama kömək etməkdi.
 
- İkinci hissəni birinciyə nisbətən daha yaxşı keçirdiyinizi demək olar?
- Bəzi uşaqlar hələ komandaya yenicə uyğunlaşmağa başlayıblar. Bu, uzun sürən prosesdi. Anlaşma getdikcə daha da yaxşılaşmalıdı. Gələcək matçlarda oyun planında artım olacaq.
 
- Bəs rəqibi necə qiymətləndirərdiz?
- Yaxşı komandadı. Onlar yaxşı top saxlamağı bacarırlar. Qısa ötürmələrlə oynayırlar. Ötən mövsüm AZAL-la oyunlarımız çətin alınmışdı. Amma bu dəfə biz daha yaxşı təsir bağışladıq. Tablodakı hesab da hər şeyi göstərir.
 
- Hesab etmirsiz ki, son iki qolda müdafiəçilərin səhvi nəticəsində sevindiniz?
- Bu, nəyi dəyişir ki? Mən hücumçuyamsa, qol vurmalıyam. Bu, mənim işimdi. Müdafiə səhv etdiyi üçün qol vurmamalıyam? (gülür).
 
- XL rəhbərliyinin Avropa Liqasındakı uğursuzluqdan sonrakı qərarları sizə nə dərəcədə təsir etdi?
- Biz də bu qərarı tamamilə başa düşürük. Bilirsiz, “Maccabi”yə yenilgidən sonra rəhbərlik çox məyus olmuşduş Bu da başadüşüləndi. Amma sonradan başa düşdülər ki, yeni mövsümdə biz uğur qazana bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.