15 avqust 2011 13:44
Kristof Daumda xərçəng xəstəliyi aşkarlandı
Türkiyənin “Fenerbahçe” klubundakı fəaliyyəti ilə yaxından tanıdığımız Kristof Daumda xərçəng aşkarlanıb. Azerisport.az xəbər verir ki, vaxtilə “Beşiktaş”ın da sükanı arxasında çalışmış almaniyalı mütəxəssis bu haqda özü açıqlama verib.
"Xərçəng xəstəliyinə tutulduğumu eşidəndə adam beynindən vurulmuşa dönür. Xəstəliyim üzündən xeyli çətinliklərim oldu. Ancaq yeniden çalışmaq arzusundayam”.
Qeyd edək ki, Daumda bu xəstəlik aşkarlanan kimi həkimlər onu əməliyyat ediblər. Nəticədə artıq xəstəliyin qarşısının alındığı bildirilir. Daum özü də artıq həyatının təhlükədə olmadığını bildirib.
