15 avqust 2011 14:22
Mirça Rednik: Futbolçu ancaq pul haqda düşünməməlidi
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik komandanın aparıcı oyunçularından Julius Vobayın gedişinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis təcrübəli yarımmüdafiəçinin “ağ-yaşıllar”la yeni müqavilə bağlamaq istəməməsini belə dəyərləndirib:
“Biz Vobayla müqaviləni yeniləmək istəyirdik. Amma oyunçu bundan imtina etdi. Belə olan halda biz nə edə bilərik ki? Heç kim heç kimə yalvarmağa hazırlaşmır. Sadəcə, futbolçu ancaq pul haqda düşünməməlidi. Bizim xeyli yaxşı oyunçularımız var. Vobay getsə də, biz nəsə itirmiş olmayacağıq”.

Qeyd edək ki, Vobayın “Bakı” və “Neftçi”yə, eləcə də Rusiya klublarından birinə keçidi gündəmdədi.