15 avqust 2011 15:27

Mahmud Qurbanov: Bura sadəcə futbol oynamağa gəlmişəm

“Sumqayıt Şəhər”in yeni oyunçularından olan Mahmud Qurbanov Premyer Liqanın 2-ci turunun “Qəbələ” ilə oyunundan sonra (1:2) azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Sumqayıt Şəhər”dəki debütünüz uğursuz alındı...
- Düşünmürəm ki, bizdən kimsə çempionluq gözləyir. Heç bu haqda düşünməyə də dəyməz. Komanda gənclərdən və veteranlardan qurulub. Komandada gənclər əksəriyyət təşkil edirlər. Bu da çox yaxşıdı.

- İlk oyununuzu necə dəyərləndirərdiz?
- Məğlub olmağımıza baxmayaraq, komanda pis oynamadı. “Qəbələ”ni məğlub etməklə azsaylı azarkeşlərimizin sıralarını genişləndirmək, sumqayıtlıları stadiona gətirmək istəyirdik. Amma alınmadı. Əgər qolu bir qədər tez vursaydıq, heç olmasa hesabı bərabərləşdirmək üçün vaxtımız olardı. Amma çox gec vurduq.
 
- Bu gedişlə komandanın ancaq elitada qalmaq uğrunda mübarizə aparacağından qorxmursuz ki?
- Qarşıda nələr olacağını indidən demək çətindi. Oynayacağıq. Necə olacağını isə zaman göstərəcək. Yəqin ki, azarkeşlərimiz başda olmaqla hamı bilir ki, komandanın qarşısına yüksək hədəflər qoyulmayıb.
 
- Karyeranızı davam etdirmək üçün başqa variantlar var idi?
- Başqa variantların olmasının heç bir önəmi yoxdu. Mənim üçün hazırda “Sumqayıt Şəhər”də hər şey normaldı. Elə ən yaxşı variant da bu komandaya keçmək idi.
 
- Niyə?
- Mənə karyeramda yığdığım təcrübəni meydanda başqaları ilə paylaşmaq xoşdu. Ümumiyyətlə, bura gələndə transferin heç də maliyyə tərəfini düşünmədim. Bura sadəcə futbol oynamağa gəlmişəm.

- Yəqin ki, burda “Bakı”da aldığınızdan 10 qat az qazanırsız?
- Bu məbləğ müqayisəolunmazdı. Fərq çox böyükdü. Amma bu, dediyim kimi elə də vacib deyil. İndi mənim üçün yeni komandamla nəticə qazanmaq daha vacibdi.
 
- Sizcə, bu, olacaq?
- Niyə də yox? Əgər oyundan-oyuna artırsaq, hər şey mümkündü. Nə qədər mümkünsə, o qədər də çox xal toplamağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.