15 avqust 2011 16:08
Tuyqun Nadirov: Vobay intizamsızlığa görə əvəzedici heyətə göndərilib
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov komandanın aparıcı yarımmüdafiəçisi Julius Vobayla bağlı yaranan vəziyyətə aydınlıq gətirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu futbolçunun intizamı ilə bağlı həmişə acınacaqlı vəziyyət olub. Biz onu əvəzedici komandaya heç də yeni müqavilə bağlamaq istəmədiyinə görə göndərməmişik. Ümumiyətlə, belə xəbərlər hardan çıxır bilmirik. Əslində isə, o, komandaya qarşı münasibətdə düzgün hərəkət etmir. Biz bu üzdən də onun agentinə fikirləşmək üçün vaxt vermişik. Onun əvəzedici komandada oynaması isə başqa söhbətin mövzusudu. Hələlik Vobaya görə başqa klubların heç birindən müraciət qəbul olunmayıb. Hətta bu futbolçunun müqaviləsi ilin sonunda başa çatanda da, hansısa komanda onunla müqavilə bağlamaq istəsə, “Xəzər Lənkəran”la danışıqlar aparmaq məcburiyyətində qalacaq”.