15 avqust 2011 17:19
Marko Şarliya: Top qapıya getmək istəmədi
“Bakı”nın qapıçısı Marko Şarliya Premyer Liqanın 2-ci turunun “Simurq”la oyununu dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, komandasının qolsuz heç-heçəyə razılaşdığı görüşlə bağlı bunları dilə gətirib:
“Biz hamımız ümid edirdik ki, İvanov penaltini reallaşdıracaq. Çünki bu, oyun ərzində əldə etdiyimiz ən aşkar qol epizodu idi. Amma təəssüf ki, biz bu şansdan da yararlana bilmədik. Düzdü, başqa qol epizodlarımız da az olmadı. Sadəcə, top qapıya getmək istəmədi”.