15 avqust 2011 17:40

Azərbaycan klubunda türk baş məşqçi

İran çempionatının birinci liqasında çıxış edən Təbrizin “Foolad” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi türk məşqçi ilə anlaşıb.
 
Belə ki, Engin Fırat Təbriz klubunun baş məşqçisi təyn olunub. Bununla bağlı açıqlama verən klubun prezidenti Qulamreza Samandar Engin Fıratın komandaya gəlməsi üçün heç bir fədakarlıqdan çəkinmədiklərini bildirib: “Engin Fıratın Təbrizə gəlməsi hamımızı xoşbəxt etdi. Onunla çox böyük hədəflər uğrunda mübarizə aparacağıq. Artıq transfer çalışmalarına başlamışıq. Baş məşqçimizə güvənirik”.
 
Engin Fırat isə açıqlamasında özünü evindəki kimi hiss etdiyini bildirib: “Burda hamı türkcə danışır. Məndən çox şey gözlənilir, məni sehrbaz kimi tanıyırlar. Hər zaman olduğu kimi çox çalışıb ümidləri puç etməməyə çalışacağam. Əsas hədəfimiz Pro Liqaya çıxmaq və Asiya Çempionlar Liqasına vəsiqə qazanmaqdı. Burda uğurlu işləyib, İran millisinin başına keçmək istəyirəm”.
 
Qeyd edək ki, 41 yaşlı Engin Fırat 2006-2007 mövsümündə İranın “Saypa” klubunda, 2008-ci ildə İran yığmasında köməkçi-məşqçi işləyib. Daha sonra isə “Sepahan” klubuna başçılıq edən türk mütəxəssis əvvəllər Türkiyənin “Samsunspor”, “Antalyaspor”, “Fenerbahçe”, “Sivasspor”, “Erciyesspor”, Almaniyanın “Eintracht», “Ahlen” və Koreynanın “İnçeon United» klublarında köməkçi məşqçi işləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.