15 avqust 2011 18:52

“Barcelonada hamı məni Krkiçə bənzədirdi”

İspaniyanın "Barcelona" klubunun nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində iştirak edən "Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan 75 futbolçunun çıxış etdiyi turnirə yeganə azərbaycanlı kimi qatılan Muradbəyli 15 qolla ən yaxşı bombardir olub. 15 yaşlı istedadlı hücumçu klubun rəsmi saytına müsahibə verib.
 
- Fəhmin, futbola necə gəlmisən?
- Atam bu idman növünə olan marağımı görüb, 8 yaşım olanda məni futbola yazdırdı. İlk məşqçim Elnur Zeynalov olub. Ondan sonra Muxtar Şərifov və İsa Fərzəliyevin rəhbərliyi altında "Təhsil"  komandasında oynamışam. Bu komanda ilə Bakı Futbol Federasiyasının təşkil etdiyi "Sabahın ulduzları" turnirində iştirak etmişəm.
 
- Bəs, "Neftçi"də oynamaq şansını necə qazandın?
- Futbolda uğurlarım "Neftçi"nin adı ilə bağlıdır. "Sabahın ulduzları"nda daim yaxşı çıxış etdiyimdən, 2008-ci ildə bura dəvət olunmuşam. Futbolçu kimi yetişməyimdə "Neftçi"nin və məşqçi İslam Kərimovun əməyi böyükdür. Buna görə, "Neftçi" PFK-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Məhz "Neftçi"də oynayarkən, U-16 yığmasına dəvət almağa başlamışam.
 
- İyulun 31-dən avqustun 12-dək İspaniyanın Barselona şəhərində oldun. Bu səfər necə baş verdi? Hazırlıq prosesləri, oyunlar haqda fikirlərini bildirərdin.
- "Neftçi" klubunun rəhbərliyi biz yeniyetmə futbolçulara hər zaman diqqət və qayğı göstərir. Bunun məntiqi nəticəsidir ki, Barselonada Azərbaycan yalnız "Neftçi" ilə təmsil olunurdu. Məşqlərimiz "Barcelona" klubunun akademiyasında olurdu. Gündə iki dəfə məşq edirdik, daha çox toplu çalışmaları yerinə yetirirdik. Dünyanın müxtəlif ölkələrindən – Fransa, ABŞ, Argentina, İsveçrə, Belçika, Rusiya, Almaniya, İngiltərə və digər yerlərdən futbolçular iştirak edirdi. Oyunçular 13-14 və 15-17 yaş qrupu ilə iki hissəyə bölünmüşdülər. Hər 10 futbolçunu 1 məşqçi hazırlaşdırırdı. Onlar "Barcelona"nın akademiyasının məşqçiləri idi.
 
- Barselonada Azərbaycanı təmsil edən yeganə futbolçu idin. Digər oyunçular hansı ölkə və klublardan gəlmişdilər?
- Müxtəlif ölkələrin klublarından uşaqlar var idi. Fransanın "Marsel", "Lion", İtaliyanın "Roma", "Fiorentina", İngiltərənin "Manchester  City" klublarından da futbolçular gəlmişdilər.
 
- Sənin kimi, öz ölkəsinin milli komandasının şərəfini qoruyan futbolçular var idi?
- Futbolçulardan bir çoxu yığma üzvü idi. "Manchester City"nin oyunçusu İngiltərənin U-15 millisində top qovurdu. Həmçinin, Fransa, Polşa, Koreya və Yaponiyadan olan futbolçular yığma üzvləri idi.
 
- Barselonada meydana çıxdığın oyunlar haqda nə deyə bilərsən?
- Orada futbolçunun iştirakı ilə komandalar yaradıb, turnir keçirdilər. Mən komandanın heyətində 5 oyunda 15 qol vuraraq, yarışın ən yaxşı bombardiri oldum.
 
- Yəqin ki, məşqçilər sənin oyunun haqda yüksək fikirdə idilər. Hər halda, 15 qolla bombardir oldun.
- Məşqçilər 4-5 uşağı xüsusi fərqləndirirdilər ki, bunlardan da biri mən idim. Azərbaycandan belə bir futbolçu çıxdığına inanmırdılar. Mən onlara dedim ki, bizdə belə futbolçular çoxdur. Məşqçilər ilk oyundan sonra qol duyumumu görüb, məni yalnız hücumda oynatdılar.
 
- "Barcelona" klubunun bazasında oldun?
- Akademiya "Barsa"nın bazasının yaxınlığında yerləşirdi. Bazada oldum, üstəlik, klubun muzeyinə də baş çəkdim. Kataloniya klubunun məşhur futbolçularından Daniel Alveş, Pike və Maksvellə görüşdüm.
 
- Oradan maraqlı xatirə kimi nə yadında qaldı?
- Bir dəfə akademiyada "Neftçi"nin formasını geyindim. Məşqçi uzaqdan "ağ-qara" geyindiyimi görən kimi, dərhal mənə yaxınlaşıb, təəccüblə "Real"ın formasıdı?" - deyə soruşdu. Cavab verdim: "Xeyr! Bu, mənim doğma komandam "Neftçi"nin "futbolkasıdı". Bir də maraqlıdı ki, orada məşqçilər, futbolçular, otelin işçiləri, bir sözlə hamı məni xarici görünüşümə görə "Barcelona"nın yetirməsi - serb futbolçu Boyan Krkiçə bənzədirdi. Meydançada onun kimi hərəkət elədiyimi deyənlər də vardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.