15 avqust 2011 11:25
Luis İlario: Fiziki cəhətdən yaxşı formadayam
“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Luis İlario və ya qısa olaraq Dodo Premyer Liqanın 2-ci turunun “Sumqayıt Şəhər”lə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Mövsümdəki ilk qələbənizi məhz “Sumqayıt Şəhər”lə oyunda qazandınız...
- Qələbə qazansaq da, çətin oyun oldu. Sadəcə, biz vaxtında qolllar vura bildik. Ardından müdafiədə yaxşı oynadıq. Bizim gənclərdən qurulan rəqibimiz çox xoşuma gəldi.
- Müdafiənizin necə uğurlu çıxış etdiyini düşünürsüz ki, 1 qol buraxdınız?
- Futbol komanda oyunudu. Qol buraxsaq da, daha çox vurub, qələbə qazanmışıqsa, deməli uğurlu oynamışıq.
- Yeri gəlmişkən, ikinci hissədə 2:0 öndə olduğunuz halda tamamilə müdafiəyə çəkildiniz. Elə də təhlükəli olmayan rəqiblə oyunda buna nə ehtiyac var idi ki?
- Mən deməzdim ki, “Qəbələ” tamamilə öz qapısına sıxışmışdı. Biz daha çox top saxlamağa, oyuna nəzarət etməyə çalışırdıq. Komanda üstün oyun sərgiləyirsə, hesabda öndədirsə, niyə risk etməlidi ki? Rəqibi də qiymətləndirməmək olmaz. Düzdü, sonda qapımızda qol gördük. Amma yenə deyirəm, əsas qələbədi. Biz də onu qazandıq.
- Mən deməzdim ki, “Qəbələ” tamamilə öz qapısına sıxışmışdı. Biz daha çox top saxlamağa, oyuna nəzarət etməyə çalışırdıq. Komanda üstün oyun sərgiləyirsə, hesabda öndədirsə, niyə risk etməlidi ki? Rəqibi də qiymətləndirməmək olmaz. Düzdü, sonda qapımızda qol gördük. Amma yenə deyirəm, əsas qələbədi. Biz də onu qazandıq.
- İlk turda “Bakı” ilə oyunda da birinci hissəyə nisbətən fasilədən sonra daha pis təsir bağışlamışdınız...
- Komanda hələ mövsümə yeni başlayıb. Təbii ki, hər şeyin qaydasına düşməsi üçün vaxt lazımdı. Hələ bütün 90 dəqiqəni eyni səviyyədə keçirmək çətindi. Zamanla düzələn işdi.
- İki oyuna 4 xal. Bu nəticədən razısız?
- Əlbəttə, çox istərdim ki, startda 6 xal qazanaq. Amma bu da pis nəticə deyil. Əsas odu ki, bu tempdə davam edək və daha çox xal toplayaq.
- Bu oyunlarda komandanızın ən fəallarından olmusuz...
- Mən komandada yeniyəm. Çalışıram ki, 100 faiz oyunlara köklənə bilim. Əsas heyətdə möhkəmlənmək istəyirəm. Fiziki cəhətdən də yaxşı formadayam. Uşaqlar da dəstək verirlər.
