15 avqust 2011 11:35
Vaqif Cavadovun Lokomotivə qarşı oyununa qiymət verildi
Rusiyanın aparıcı idman nəşrləri Premyer Liqanın 20-ci turunun “Volqa” – “Lokomotiv” matçının iştirakçılarının oyununu qiymətləndirib. Azerisport.az xəbər verir ki, ruslar Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun da çıxışını qiymətləndiriblər.
Xatırladaq ki, qarşılaşmanın 54-cü dəqiqəsində meydana çıxan Vaqif yeni komandasında ikinci oyununda da qol vura bilmədi. Lakin ötən oyundan fərqli, bu dəfə onun komandası 1 xala sevindi.
Millimizin üzvünün aldığı qiymətlər isə aşağıdakı kimidi:
Sport-Ekspress– 5,5
Sovetski sport– 5,5
Sports.ru – 6,4
Çempionat.ru – 5,5
