16 avqust 2011 00:05

TFF yenə yekun qərar verə bilmədi

Türkiyə Futbol Federasiyası oyun alqı-satqısı ilə bağlı başlanan cinayət işi ilə bağlı qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, aylardı Türkiyənin gündəmini zəbt edən olaylarla bağlı ötən gün toplaşan futbol qrumunun rəhbərliyi saatlarla davam edən iclasdan sonra qərar qəbul edib.
 
TFF-nin qərarını mətbuata qurumun rəhbəri Mehmet Ali Aydınlar açıqlayıb. Aydınlar bildirib ki, prokurorluq tərəfindən məhkəmə qərarı ilə gizli aparılan istintaqın əldə etdiyi dəlillər TFF-yə təqdim olunmadığından yekun qərar qəbul edilməyib: "Federasiyamızın İdarə Heyəti bu məqamda qərar verilməsi üçün lazımi dəlilləri əldə edə bilmədiyi və müdafiə haqqının hüquqa uyğun şəkildə istifadəsinə imkan olmadığı üçün hökm verməyi ədalətli hesab etmir. Federasiyanın hüquqa uyğun və ədalətli qərar verməsi üçün gizlilik qərarını qaldırılması şərtdi. Bunun üçün də Cəza Qanununun 175-ci maddəsinə əsasən iddianamənin qəbul edilməsi vacibdi. Ancaq bu halda klub və idarəçilər haqqında bütün dəlilləri görüb, analiz edib, qərar vermək mümkün olacaq. Qısacası federasiya iddianamənin qəbulunu gözləyib, gizlilik qərarının ləğvindən sonra şübhəli klub və şəxslərə müdafiə hüququ tanıyacaq və bundan sonra qərarını verəcək".
 
Federasiya oyun alverində ittiham olunan klub və şəxslərin cəzalandırılması ilə bağlı qərar qəbul etməsə də, həbs olunan və barələrində həbs qərarı seçilməyən bir sıra idarəçilərin işini Peşəkar Futbol İntizam Komitəsinə göndərib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.