15 avqust 2011 11:50
Arif Əsədovdan üç düzgün proqnoz
“Neftçi”ni ötən mövsüm Azərbaycan çempionu edən, lakin yeni mövsümün startı ərəfəsində istefa verən Arif Əsədovun Premyer Liqanın ikinci turunun oyunları ilə bağlı proqnozlarının yarısı özünü doğruldub. Azerisport.az xəbər verir ki, bütün görüşlərlə bağlı proqnozlarını saytımıza açıqlayan mütəxəssis 3 görüşün nəticəsini düzgün müəyyənləşdirib.
Belə ki, o, “Qarabağ” – “İnter”, “Rəvan” – “Neftçi” və “Sumqayıt Şəhər” – “Qəbələ” görüşlərində müvafiq olaraq Ağdam, və Qəbələ təmsilçilərinin, eləcə də keçmiş komandasının qalib gələcəyini demişdi. Onun digər 3 qarşılaşma ilə bağlı proqnozu isə özünü doğrultmadı.
