15 avqust 2011 00:16

Xəzər Lənkəran bir addım öndə və ya Bakı qaldığı yerdən

Premyer Liqada ikinci tur da arxada qaldı. Azerisport.az xəbər verir ki, ilk oyun günündə “Turan” “Kəpəz” üzərində əzmkar qələbə qazanmaqla bir qədər təəccübləndirməyi bacarmışdısa, bazar günündə də yalnız “Simurq” “Bakı”dan xal almaqla diqqət mərkəzinə düşdü. Qalan görüşlərdə isə elə nə gözlənilirdisə, o da oldu.

Turun maraqla gözlənilən qarşılaşmalarından olan “Qarabağ”- “İnter” matçı Quzanlı qəsəbə stadionunda keçirildi. Ağdamlıların ev sahibi olduğu son iki qarşılaşmada “Qarabağ” “İnter”i məğlub etmişdi. Elə bu oyunda da onlar az şanslı hesab olunmurdular. Baxmayaraq ki, heyətdə xeyli itkilər vardı. Lakin cari mövsümdə ilk oyununa çıxan “Qarabağ” “İnter”ə yarıcan heyətlə də qalib gəlməyi bacardı. Paytaxt təmsilçisi “Qarabağ”la oyunda demək olar ki, əlahiddə nə iləsə yadda qalmadı.
 
Son çempion “Neftçi” də bu tur ilk oyununa çıxdı. Qeyd edək ki, "Rəvan"la oyun yeni mövsümə yeni baş məşqçi ilə başlayan ölkə çempionunun nəyə qadir olduğunu göstərməliydi. İlk turda “Kəpəz”lə oyunda hesabdakı üstünlüyünü qoruya bilməyərək məğlub olan “Rəvan”ın “Neftçi”yə də çətin anlar yaşadacağını gözləmək olardı. Lakin Böyükağa Hacıyevin “ağ-qaralar”ın sükanı arxasındakı debüt matçında yetirmələri ona qələbə sevinci daddıra bildilər. Özü də ötən mövsümə fırtına kimi başlayıb uzun müddət bombardir olan, final mərhələsində isə qola həsrət qalan Bahodir Nasimovun sayəsində.
 
Premyer Liqanın digər debütantı “Sumqayıt Şəhər” də “Rəvan” kimi doğma meydanda oynayırdı. Ötən tur məğlub olan Sumqayıt klubunun bu turdakı rəqibi də çətin idi - yeni mövsümdə avrokubokları hədəfləyən “Qəbələ”. Tarixlərində ilk dəfə qarşılaşan bu klubların oyununda "Qəbələ"nin qələbə qazanacağı şübhə doğurmurdu. Elə də oldu. Qonaqlar elə ilk yarıda görüşün taleyini həll etməyi bacardılar. Bernard Raabın yetirmələri isə “Xəzər Lənkəran”la ilk oyunda olduğu kimi, bu dəfə də sadəcə 1 təsəlli qoluna imza atmaqla yadda qaldılar.
 
Turun daha bir maraqlı qarşılaşması AZAL və “Xəzər Lənkəran” klubları arasında baş tutdu. 19-cu dəfə qarşılaşan tərəflərin şəxsi görüşlərində üstünlük əyalət təmsilçisinin tərəfindəydi. Cənublular buna qədər keçirilmiş 18 oyunun 11-də qalib gəlib, 3-də isə məğlub olmuşdular. 4 oyunda isə qalib müəyyən olunmamışdı. Məhz bu üzdənb AZAL bu statistikada bir qədər irəliləyişə nail olmaq haqda düşünürdü. Amma meydan sahibləri bu tur heç də arzulamadıqları nəticə ilə üzləşdilər. Mirça Rednikin hələ tam komplektləşməyən komandası Elxan Abdullayevin AZAL-ı çıxardığı ilk ev matçını 3 qolla “yudu”.
 
Ötən tur doğma meydanda AZAL-a məğlub olan “Simurq” isə “Bakı”nın qonağı idi. Premyer Liqanın iddialı klublarından olan “Bakı”nın doğma meydanda oynadığını nəzərə alsaq, bakılıların qalib gəlmək şansının daha çox olduğunu hesab etmək olardı. Lakin bu klublar arasında Bakıda keçirilən son iki oyunda məhz Zaqatala təmsilçisinin qalib gəldiyi də yaddaşlardan hələ silinməmişdi. Maraqlıdı ki, “Simurq” bu dəfə də “zolaqlılar” üçün necə arzuolunmaz rəqib olduğunu isbatladı. “Bakı” hətta penalti zərbəsi qazanmasına rəğmən, qələbə “oruc”unu poza bilmədi ki, bilmədi. Bu, Aleksandr Starkovun yeni mövsümdə ardıcıl ikinci “quru” heç-heçəsiydi.
 
Qeyd edək ki, ikinci turun oyunlarından sonra “Xəzər Lənkəran” vahid liderliyi ələ keçirmiş oldu. Çempionatda xala həsrət yalnız iki komanda qalır – “Rəvan” və “Sumqayıt Şəhər”
 
Premyer Liqa
2-ci tur
 
Sumqayıt Şəhər - Qəbələ - 1:2 (0:2)
Qollar: Dodo, 5 (0:1), Daniel Lopes Kruz, 41 (0:2), Orxan Əliyev, 90+3 (1:2).
Vərəqələr: Vurğun Hüseynov, 28 (hakimə etiraz), Dodo, 81 (idmançıya yaraşmayan hərəkət) - sarı.
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
14 avqust 2011. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 8000 tamaşaçı.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 4. Samir Abasov (k), 22. Ruslan Tağızadə, 16. Hacı Əhmədov, 2. Slavik Alxasov (15. Aleksandr Qross, 46), 8. Emin Mustafayev, 25. Rəşad Kərimov (95. Ruslan Nəsirli, 71), 11. Kamil Nurəhmədov, 10. Eşqin Quliyev (19. Orxan Əliyev, 37), 7. Mahmud Qurbanov, 90. Eldar Məmmədov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 5. Ramil Nuriyev, 17. Aqil Məmmədov, 50. Samir Abdulov.
Baş məşqçi: Bernard Raab.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k) (7. Yaşar Abuzərov, 90), 6. Lyuba Baranin, 9. Viktor Mendi (17. Arif İsayev, 77), 10. Deon Barton (15. Nodar Məmmədov, 64)
16. Abdulkader Kamara, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 26. Daniel Lopes Kruz, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 19. Rövşən Əmiraslanov, 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Toni Adams.
 
Qarabağ - İnter - 1:0 (0:0)
Qol: Rauf Əliyev, 52.
Vərəqələr: Ansi Aqolli, 29 (fitdən sonar topa zərbə); Qara Qarayev, 61 (idmançıya yaraşmayan hərəkət) - İlia Kandelaki, 22 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
14 avqust 2011. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. 5000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 4. Zaur Həşimov (10. Emin İmaməliyev, 52), 7. Namiq Yusifov (k), 9. Bəxtiyar Soltanov (23. Tural İsgəndərov, 79), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 20. Nderim Nedzipi (18. İlqar Qurbanov, 46), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya .
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 16. Kamil Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 10. Asif Mirili, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka (k) (14. Petar Zlatinov, 56), 16. Elnur Abdulov (8. Nizami Hacıyev, 73), 18. İlia Kandelaki (2. Xəyal Mustafayev, 46), 21. Arif Daşdəmirov, 22. Petar Çrappan, 23. Şəhriyar Rəhimov, 28. Baçana Sxadadze.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 7. Ruslan Poladov, 20. Girt Karlson, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
Rəvan - Neftçi - 0:1 (0:1)
Qol: Bahodir Nasimov, 17.
Vərəqələr: Miloş Zeçeviç, 18 (idmançıya yaraşmayan hərəkət), Şeriff Suma, 45 (idmançıya yaraşmayan hərəkət), George Qulordava, 45+1 (idmançıya yaraşmayan hərəkət), Tural Axundov, 87 (idmançıya yaraşmayan hərəkət) - Mirhüseyn Seyidov, 43 (idmançıya yaraşmayan hərəkət), Rail Məlikov, 45+1 (idmançıya yaraşmayan hərəkət), Alessandro Viana da Silva, 88 (vaxtı uzatdığına görə),; 90+2 (əllə oyun) – sarı, Alessandro Viana da Silva, 90+2 – qırmızı.
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
14 avqust 2011. Saat 18:00. "Dalğa Arena" stadionu. 2000 tamaşaçı.
Rəvan: 1. Artur Kotenko, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç (13. Fərid Həşimzadə, 57), 6. Taqim Novruzov, 7. Reys Klaudiney, 8. Tural Axundov, 9. Con Pelu (19. Bonq Takvi, 74), 10. Anxel Qutyerres, 11. Şeriff Suma, 17. Ramazan Abbasov, 87. George Qulordava (20. Kristian Torres, 46).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 15. Tural Cəlilov, 16. Fərrux Rəhimov, 18. Samuel Barlay.
Baş məşqçi: Bəhmən Həsənov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 6. Slavço Georgiyevski,
9. Flavinyo, 11. Cavid Hüseynov, 14. Bahodir Nəsimov, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 73).
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 20. Elvin Musazadə, 21. Ağabala Ramazanov, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
AZAL - Xəzər Lənkəran - 0:3 (0:1)
Qollar: Adrian Pit, 13 (0:1), Emeka Opara, 61 (0:2), Emeka Opara, 75 (0:3).
Vərəqələr: Aqil Nəbiyev, 36 (kobud oyun), Robert Petrov, 75 (kobud oyun) - Andrey Mureşan, 45 (idmançıya yaraşmayan hərəkət), Elnur Allahverdiyev, 78 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
14 avqust 2011. Saat 20:00. "AZAL" stadionu. 2800 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 5. Aqil Nəbiyev (k), 16. Bronislav Arsenyeviç, 20. Mansur Limani, 11. Zohair Benuahi, 9. Vüsal Qarayev (14. Orxan Səfiyaroğlu, 69), 88. Ervin Bulku, 10. Nuqzar Kvirtiya (7. Tərlan Xəlilov, 64), 24. Enyo Krastovçev (22. Elgün Abbaslı, 84), 25. Ruis Kristian.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Hüseyn Axundov, 8. Elşən Məmmədov.
Baş məşqçi: Elxan Abdullayev.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 7. Katalin Doman (18. Alim Qurbanov, 86), 8. Eder Bonfim, 10. Elnur Abdullayev (23. Şəhriyar Xəlilov, 84), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (33. Deyan Rusiç, 81), 16. Adrian Pit, 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 90. Fikrət Ulduzlu.
Baş məşqçi: Mirça Rednik.
 
Bakı - Simurq - 0:0
Denis İvanov matçın 78-ci dəqiqəsində penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: İbrahim Karqbo, 43 (kobud oyun), Cəmşid Məhərrəmov, 89 (kobud oyun) - İlkin Qırtımov, 52 (topa fitdən sonra zərbə vurmaq), Vasili Yanotovski, 73 (kobud oyun), Rasim Ramaldanov, 79 (kobud oyun) – sarı.
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
14 avqust 2011. Saat 21:00. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.
Bakı: 1. Marko Şarliya (k), 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski (19. Nurlan Novruzov, 71), 9. Maris Verpakovski, 14. Elvin Əliyev, 21. Novruz Məmmədov (15. Cəmşid Məhərrəmov, 87), 32. Aleksey Savinov, 36. Uinston Parks, 77. Aleksandar Soliç (4. Vadim Borets, 63), 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 17. Emin Cəfərquliyev, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev.
Baş məşqçi: Aleksandr Starkov.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k) (23. Ruhid Usubov, 83), 17. Rüstəm Məmmədov, 15. Anar Həsənli, 4. Vasili Yanotovski (6. Mikayıl Rəhimov, 74), 28. Yevgeni Şmakov, 10. Tofiq Mikayılov, 27. Ramil Sayadov (7. Elçin Xəlilov, 46), 9. Əli Bağırov, 8. Qərib İbrahimov.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 29. Samir Quliyev.
Baş məşqçi: Sergey Yuran.
 
Xatırladaq ki, ilk oyun günündə cəmi 1 görüş baş tutmuşdu: “Turan” - “Kəpəz” - 3:1.
 
 
1
XL
2
2
0
0
5-1
6
2
Qəbələ
2
1
1
0
1-0
4
3
Turan
2
1
0
1
3-2
3
4
Neftçi
1
1
0
0
1-0
3
5
Qarabağ
1
1
0
0
1-0
3
6
AZAL
2
1
0
1
3-3
3
7
İnter
2
1
0
1
1-1
3
8
Kəpəz
2
1
0
1
4-5
3
9
Bakı
2
0
2
0
0-0
2
10
Simurq
2
0
1
1
0-3
1
11
Rəvan
2
0
0
2
2-4
0
12
SŞ
2
0
0
2
2-4
0
 
Bombardirlər:
3 – Ceyhun Sultanov (Gəncə)
2 - Zohair Benuahi (AZAL), Sergey Artyux (Turan), Emeka Opara (Xəzər Lənkəran).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.