15 avqust 2011 12:28
AFFA millimizin üzvünü Türkiyədə müalicə etdirir
Avqustun 10-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Makedoniya oyununda millimizin yarımmüdafiəçisi Elvin Məmmədovun zədələndiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, matçın elə 28-ci dəqiqəsində oyunu davam etdirə bilmədiyindən əvəzlənmişdi.
Artıq Elvin Məmmədov zədəsinin müalicə olunması üçün AFFA tərəfindən Türkiyənin İstanbul şəhərinə göndərilib. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
