15 avqust 2011 00:49
Simurqun kapitanı xəstəxanalıq oldu
“Simurq”un kapitanı Rasim Ramaldanov xoşagəlməz hadisə ilə üzləşib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın “Bakı” ilə səfər matçının sonlarında zədələnən futbolçunu xəstəxanaya aparmaq lazım gəlib.
Qeyd edək ki, görüşün 79-cu dəqiqəsində Zaqatala klubunun qapısına təyin olunan penaltinin səbəbkarı olan futbolçu məhz həmin epizodun davamında – Denis İvanovun zərbəsini qapıçı Adnan Hodziç geri qaytardıqdan sonra rəqib oyunçunun təkrar zərbəsi zamanı topa “tuş gəldi”. Ramaldanovun sifətini “tapan” top onun huşunun itməsinə gətirib çıxardı. Həkimlərin ilkin yardımına rəğmən futbolçunu meydana qaytarmaq mümkün olmadı. Belədə, baş məşqçi Sergey Yuran Rasimin əvəzində meydana başqa futbolçu buraxmalı oldu.
“Simurq”un kapitanı isə dərhal xəstəxanaya götürülüb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
