16 avqust 2011 13:06
Xəzər Lənkəranın 239 günlük həsrətinə son
AZAL-la oyun “Xəzər Lənkəran” klubunun hücumçusu Emeka Oparanın dublu ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, bu, komandanın nəinki 2011/12 mövsümündə, ümumiyyətlə 2011-ci ildə ilk belə uğurudu.
Komandanın heyətində 1 matça 2 qol vuran futbolçu sonuncu dəfə ötən il qeydə alınmışdı. Bu, 2010/11 mövsümünün 18-ci turunun MOİK-lə səfər oyununda fərqlənən Elvin Beqiri idi. “Xəzər Lənkəran” azarkeşləri növbəti dublu 239 gün gözləməli oldu.
Yeri gəlmişkən, komandamızda 2-ci mövsümünü keçirən Opara “Xəzər Lənkəran” karyerasında ilk dəfə dubl müəllifi oldu. Nigeriyalı buna nail olan 29-cu futbolçu olub. Belə ki, 7 il əvvəl yaranan klubun formasında ona qədər 28 oyunçu 1 matçda 2 qol vurmuşdu. Bu 29 futbolçu ümumilikdə 58 dəfə dubla imza atıb ki, Emeka da məhz 58-cinin müəllifi oldu. Bu dublların 38-i ölkə çempionatı, 17-si ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb. Dubllar üzrə rekordçu isə 8 dəfə buna nail olan Zaur Ramazanovdu.
“Xəzər Lənkəran”da dubla imza atanlar
8 - Zaur Ramazanov (2-si kubokda)
5 - Vüqar Nadirov (4-ü kubokda)
4 - Samir Əliyev (1-i kubokda)
3 - Allan Lalin
3 - Edmand Ntiamoa
3 - İvan Tsvetkov (1-i kubokda)
3 - Rahid Əmirquliyev (1-i Birlik kubokunda)
2 - Ceyhun Sultanov (1-i kubokda)
2 - Emin Quliyev
2 - Klaudianu Radukanu (2-si kubokda)
2 - Mario Souza (1-i Birlik kubokunda)
2 - Oqtay Dərəlioğlu
2 - Rəşad Abdullayev (1-i kubokda)
2 - Romulo Silvano
1 - Alim Qurbanov
1 - Bəxtiyar Musayev
1 - Elvin Beqiri
1 – Emeka Opara
1 - Əhməd Dursun
1 - Xaqani Məmmədov
1 - İlqar Qurbanov (1-i kubokda)
1 - Junior Osvaldo (1-i kubokda)
1 - Mahmud Qurbanov (1-i kubokda)
1 - Marinko Petkoviç (1-i kubokda)
1 - Nadir Nəbiyev (1-i Birlik kubokunda)
1 - Paşa Əliyev
1 - Robert İlyeş (1-i kubokda)
1 - Uinston Parks
1 - Yakuba Bamba
