16 avqust 2011 13:15
AFFA hakimi söyən futbolçuya 4 oyunluq cəza verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası zamanı Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının da 2-ci turunun oyunlarında baş verən olaylara da baxılıb. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 2-ci turunun “Bakı” – “Simurq” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Sumqayıt Şəhər” – “Qəbələ” matçının 36-ı dəqiqəsində “Sumqayıt Şəhər”in futbolçusu Şamil Camaləddinov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
