16 avqust 2011 13:51
İnter Qazaxıstan klubuna 10 qol vurdu (FOTOREPORTAJ)
Bu gün “Şəfa” stadionun ehtiyat stadionunda maraqlı yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, “İnter” və Qazaxıstanın “Aktau” Futbol Klubunun 10 yaşlı futbolçulardan ibarət komandaları üz-üzə gəliblər.
Qarşılaşma meydan sahiblərinin üstünlüyü şəraitində keçib və "İnter" fasiləyə 5:0 hesabıyla üstün yollanıb. İkinci hissədə də “bankirlər” meydanda hakimlik edib ki, bu da hesabın artmasına gətirib çıxarıb. Nəticədə yoldaşlıq qarşılaşması 10:1 hesabıyla Rövşən Babayevin yetirmələrinin xeyrinə başa çatıb.
