16 avqust 2011 14:02
Qarabağ problemlə üzləşdi
“Qarabağ” bu həftə “Kəpəz”ə qarşı Gəncədə keçiriləcək oyuna itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, komandanın zədəli futbolçularının hamısı böyük ehtimalla bu oyunu buraxmaq məcburiyyətinə qalacaq».
Qeyd edək ki, hazırda “Qarabağ”da ciddi zədəsi olan beş futbolçu var. Bunlar Vüqar Nadirov, Maksim Medvedev, Rəşad Sadiqov, Əfran İsmayılov və Zaur Həşimovdu.
Həşimov istisna olmaqla, ilk dörd futbolçu “İnter”lə ötən bazar günü keçirilən çempionat oyununu buraxmalı olmuşdu. Həmin qarşılaşmanın ikinci hissəsində Zaur da zədələnərək meydanı tərk etmişdi.
Son məlumata görə, Z.Həşimov bir ay yarım futbol oynaya bilməyəcək. Bildirilir ki, müdafiəçinin 2 yerdən zədə aldığı aşkarlanıb. Əzələ yırtılmasıyla yanaşı diz bağlarında da qopma müəyyənləşib.
