16 avqust 2011 14:10
“Komandada əhval-ruhiyyə olduqca yüksəkdi”
Premyer Liqanın 3-cü turunun ilk oyun günündə AZAL-ı qəbul edəcək “Qəbələ” oyuna ciddi hazırlaşır. Azerisport.az komandanın rəisi Ramiz Kərimova istinadən xəbər verir ki, heyətdə ciddi itki yoxdu:
“Yalnız uzun müddətdi zədəli olan Bruno da Silvanın müalicəsi davam edir. AZAL keçən oyun doğma meydanda böyük hesablı məğlubiyyətə uğrayıb. Rəqibimiz cümə günü keçiriləcək oyunda qələbə qazanıb həmin məğlubiyyəti unutmağa çalışacaq. Biz də öz azarkeşlərimiz önündə hər bir oyunda olduğu kimi qələbə qazanmaq üçün meydana çıxacağıq. Ötən tur səfərdə ilk qələbəmizi qazandıq. Komandada əhval-ruhiyyə olduqca yüksəkdi”.
